Epileptik tutma zamanı diş zədələnməsində ilkin tibbi yardım
31.08.2023 14:17

Epilepsiya xəstələrində ən böyük problemlərdən biri də tutmalar zamanı dişlərin zədələnməsidir. Bəzi insanlar tutma zamanı dişlərini qıcıyır və beləliklə, həm dişlər, həm də ağıziçi toxumalar risk altında qalır.


Aztibb.az xəbər verir ki, Bakı Neyrocərrahiyyə Mərkəzinin instaqram səhifəsində tutmalar zamanı dişləri zərər görmüş birinə necə yardım etməklə bağlı məlumat paylaşılıb.


Qeyd edilib ki, müdaxilə etməmişdən qabaq yıxılmış insanın başının altına yumşaq bir şey qoymaqla sabit tutmağa çalışın. Protez dişlər düşübsə, ehmalca götürüb yuyun və təmizlənmiş protezləri yerinə yerləşdirməyə çalışın, mümkün olmadığı təqdirdə əlavə heç bir müdaxilə etməyin.


Yaxud dişin düşdüyünü görürsünüzsə, götürüb təmizləməyə və təmiz dəsmala, yaxud salfetə büküb stomatoloqa göstərmək üçün saxlayın.


Xəstənin ağız içinin və dişlərin zərər gördüyü hər bir halda ilkin tibbi yardımdan asılı olmayaraq mütləq həkimə müraciət edin.


Unutmayın ki, mütəxəssis müayinəsi zamanı gözlə görülə bilməyən problemlər belə ortaya çıxır və problemin gec təyin olunması uzunmüddətli fəsadlara yol aça bilər.

 

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub