Diz ağrıları -  Hansı halda ortoped-travmatoloqa müraciət və ya cərrahi müdaxilə tələb olunur?
31.08.2023 11:23

Diz oynağı bədənimizin ən hərəkətli və ən çox yük daşıyan oynağıdır. Pilləkən enib qalxma, oturub-durmaq, yerimə və qaçma əsnasında dizə düşən yük artır və daima artan yük oynaqda zədələnmələrə gətirib çıxarır. Yaş artdıqca oynaq sürüşkənliyinin azalması, qığırdaq yenilənməsindəki yavaşıma, sümük quruluşdakı deformasiyalar diz oynaqlarında ağrı əmələ gətirir ki, nəticədə xəstədə mexaniki hərəkət məhdudiyyəti yaranır.


Aztibb.az xəbər verir ki, Əməkdar həkim Elviz Qasımov diz ağrılarının əsas səbəblərini sayıb:


- Aşağı ətrafın şaquli oxunun pozulması,
- Diz oynağı iç tərəfindəki sinovial toxuma (medial plika) qalınlığının artaraq diz bükülməsi vaxtı ağrı verməsi,
- Zədələnmə,
- Artıq çəki,
- Həddindən artıq idman və yüklənmə,
- Diz ətrafı əzələlərdə tarazlığın pozulması və zəiflik,
- Yastıayaqlıq,
- Revmatizmal xəstəliklər,
- Diz oynağı bağlarının travmaları,
- Menisk zədələnmələri,
- Artroz (oynaqda duzlaşma və ya qığırdaq aşınması),
- Diz qapağı xəstəlikləri,
- Diz oynağında olan deformasiyalar.


Həkim qeyd edib ki, diz ağrıları erkən dövrdə asan müalicə edilir. Dizdəki problemin irəlilədiyi hallarda cərrahi müdaxilə ilə oynağın əvəz edilməsi (endoprotez qoyulması) ilə nəticələnir.


O, tövsiyə edib ki, aşağıdakı əlamətlərlə qarşılaşırsınızsa mütləq ortoped-travmatoloqa müraciət edin:


- Dizlərdə çöməlmə və ya ayağa qalxmada problem yaşanırsa,
- Dizlərdə bəzi hərəkətlər zamanı tutulma, kilidlənmə olarsa,
- Diz oynaqlarında yeriyərkən, pilləkən enmə və qalxma zamanı ağrılarlar yaranırsa,
- Dizləri qatlayıb oturmaqda çətinlik çəkirsinizsə,
- Dizlər şişirsə.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub