Kardioloq insultun 15 əlamətini saydı
31.08.2023 10:16

Bu əlamətlər insultdan bir ay əvvəlcədən də görünə bilər. Əlamətləri vaxtında müəyyənləşdirməklə həyatınızı xilas edə, xəstəliyin təsirini əhəmiyyətli dərəcədə azalda bilərsiniz.


Aztibb.az xəbər verir ki, kardioloq İlqar Tahiroğlunun sözlərinə görə, simptomlar insana görə dəyişir. Həkim insultun 15 ümumi əlamətini sadalayıb:


1. Davamlı hıçqırıq,
2. Zəiflik və huşunu itirmək,
3. Miqren və baş ağrıları,
4. Təngənəfəslik
5. Ürək döyüntüsünün sürətli olması,
6. Halüsinasiyalar,
7. Qəfil epilepsiya tutmaları,
8. Yorğunluq və zəiflik
9. Şəxsiyyət pozulması,
10. Tez-tez xəstələnmək və səhhətin pisləşməsi,
11. Bir və ya iki gözdə görmə qabiliyyətinin zəifləməsi,
12. Yüksək təzyiq,
13. Çiyinlərdə şiddətli ağrı,
14. Keyləşmə və qısa paralic,
15. Boyun əzələlərinin yumşalması.


Kardioloq sözügedən erkən insult əlamətlərinə diqqət yetirməyi tövsiyə edib: "Bu simptomlar daimidirsə, dərhal həkimə müraciət edin. İnsultun qarşısını almaq üçün ən asan yol bədənin qan dövranını yaxşılaşdırmaqdır. Bu da o deməkdir ki, sağlam qidalanmalı və məşq etməlisiniz".


"Xolesterinini artıran, emal olunmuş qidalar və fast food kimi məhsullardan qaçın. Bunlar damarları tıxayan əsas maddələrdir. Siqareti tərgidin və həddindən artıq spirtli içkilərdən qaçın. Daha az qırmızı ət yeyin və bədəniniz üçün vitaminlər, antioksidantlar və minerallarla zəngin olan faydalı meyvə və tərəvəzlərə üstünlük verin", - deyə həkim vurğulayıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub