Nevroloq: Bu xəstəlik epilepsiyalarının 70%-nin səbəbi kimi göstərilir
31.08.2023 09:10

Mezial temporal skleroz beynin gicgah payındakı neyronların ölümü nəticəsində yaranır və adətən hissəvi (fokal) epilepsiyalar ilə nəticələnir.


Aztibb.az xəbər verir ki, nevroloq Sahilə Ələkbərovanın sözlərinə görə, bu zaman emosiya və hisslərin dəyişikliyi, əzələ spazmları və qıcolmalar kimi müxtəlif simptomlar yaranır.


Nevroloq qeyd edib ki, bəzən bu hissəvi qıcolmalar generalizə olunmuş qıcolmalara keçid verə bilər.


"Beynin travmatik zədələnmələri, infeksiyalar, beyin şişləri, insult bu nahiyədə neyronların ölümünə səbəb olur, bu hissə atrofiyalaşır. Daha çox çapıq toxuması əmələ gəlməyə başlayır. Bu zədələnmə temporal pay epilepsiyalarının əsas səbəbi kimi göstərilir", - deyə həkim vurğulayıb.


Araşdırmalar göstərir ki, temporal pay epilepsiyalarının 70%-nin səbəbi məhz mezial temporal sklerozdur. Xəstəliyin diaqnozu nevroloqun bu diaqnozdan şübhələndiyi hallarda MRT müayinəsi ilə təsdiqlənir. Müalicəsi isə cərrahidir və temporal payın əməliyyatla kəsilib götürülməsi ilə aparılır.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub