Həkim qalaktoselenin yaranma səbəblərini sadaladı
30.08.2023 16:27

Qalaktosele süd vəzinin möhtəviyyatı, südlü maye olan kistasıdır. Kiçik ölçülü kistalar simptomsuz gedir, ölçüləri böyüdükdə isə süd vəzində diskomfort və orqanın deformasiyası meydana çıxır.


Aztibb.az xəbər verir ki, mammoloq-onkoloq Cəlil Bağırovun sözlərinə görə, çox vaxt axarın quruluşunun anadangəlmə anomaliyaları baş verir. Bu axarın diametrinin həddən artıq kiçik olması, onların əyilməsi və ya xeyli qıvrılması kimi meydana çıxa bilər.


Eyni zamanda, laktostaz, yəni döşlə qidalanmadan imtina, qidalandırma qaydalarının pozulması (vəzilərin vaxtında sağılmaması və ya uşağın döşə düzgün qoyulmaması) halı yaşana bilər.


Bundan əlavə, süd vəzilərinin travmaları baş verə bilər. Keçmişdə süd vəzisinin əzilməsi çapıq birləşmələrin əmələ gəlməsinə və axarların stenozlaşmasına rəvac verir.


Həkim qeyd edib ki, həmçinin süd vəzilərinin iltihabı, hormonal disbalans yaşana bilər ki, bu da südün tərkibinin dəyişilməsinə gətirib çıxarır.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub