Prolaktin – Hipovizin mühüm hormonu
30.08.2023 08:53

Prolaktin hormonu beynin hipofiz adlanan hissəsi tərəfindən ifraz olunur. Əsas vəzifəsi hamilə və süd verən qadınlarda süd istehsalını başlamaq və davam etdirməkdir.


Aztibb.az N1 Laboratoriyasının məlumatına istinadən xəbər verir ki, prolaktinin yüksəlməsinin aşağıdakı səbəbləri var:


- Hamiləlikdə,
- Hipofiz toxumanın adenoma deyilən şişlərində,
- Qalxanabənzər hormonun pozğunluqlarında,
- Esterogen hormonunun yüksəlmələrində,
- Menstruasiya nizamsızlıqları zamanı,
- Döş ucu axıntısı


Kişilərin və hamilə olmayan qadınların qanlarındakı prolaktin səviyyəsi normal şərtlərdə çox aşağıdır. Prolaktinin yüksək olması çox zaman sonsuzluqla əlaqəli olur.


Prolaktin hormonunun aşağı olması, yüksəkliyinə nisbətən çox nadir görülən bir vəziyyətdir. 2 ng/ml altındakı bir çox xəstədə hipofiz vəzinin funksiyanal pozğunluğu səbəbilə ortaya çıxır.


Prolaktin testi aşağıdakı xəstəliklər zamanı aparılır:


- Qadında və kişidə sonsuzluq varsa,
- Hamilə olmayan və ya əmizdirməyən qadınlarda süd ifrazatı olarsa,
- Kişidə cinsi istəksizlik varsa,
- Qadında menstruasiya pozulması varsa prolaktin testi olunur.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub