Uşaqlarda oturaq həyat tərzi gənc yaşda ürək zədələnməsi ilə əlaqələndirilir
29.08.2023 16:21

“ESC Konqresi 2023”də təqdim edilən araşdırmaya görə, uşaqlıq dövründə saatlarla hərəkətsizlik yuxarı yaşlarda infarkt və insult üçün zəmin yarada bilər.


Aztibb.az “Planet Today” nəşrinə istinadən xəbər verir ki, tədqiqatın nəticələrinə görə, uşaqlıqdan yeniyetməlik dövrünə qədər yığılmış oturaq həyat tərzi ürəyin zədələnməsi ilə əlaqələndirilir. Bu hətta normal çəkisi və təzyiqi olan insanlarda da aiddir.


Gənclərin smartfon asılılığı ürəyin fəaliyyətinin daha ağır olmasına gətirib çıxarır ki, bu da bildiyimiz kimi, infarkt və insult ehtimalını artırır.


Alimlər xəbərdarlıq edirlər ki, belə asılılıq psixoloji sağlamlığa da ciddi zərər vura bilər. Smart ekran qarşısında fasiləsiz vaxt keçirmək yeniyetmələrdə stres və depressiv pozuntular əmələ gətirir, yuxusuzluğa və təhsildə uğursuzluqlara səbəb olur.


Smartfonlardan kütləvi istifadənin başladığı vaxtdan etibarən yeniyetmələrdə psixi pozuntu halları da artmağa başlayıb. Odur ki, uşaqlar və yeniyetmələr uzunmüddətli sağlamlıqlarını qorumaq üçün daha çox hərəkət etməlidirlər.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub