Kardioloq: Üst təzyiq 130-dan yuxarı olmamalıdır
24.08.2023 15:45

Sistolik təzyiqin optimal səviyyəsi 120 ilə 130 mmHg arasında, ideal olaraq isə 120 mmHg-dən aşağıdır.

 

Aztibb.az ecopravda.ru-ya istinadən xəbər verir ki, bu barədə kardioloq Vadim Zəkiyev məlumat yayıb.


Hipertoniyadan əziyyət çəkən bir çox xəstələrdə sistolik təzyiq 130-140 mm Hg aralığında olur və onların həkimləri bunu məqbul hesab edirlər. Bununla belə, 2015-ci il SPRINT araşdırması sistolik qan təzyiqinin normaya və ya aşağıya endirilməsinin hər hansı bir səbəbdən ölmə riskini dörddə bir azalda biləcəyini göstərib. Bu, kardioloqları xəstələrdə optimal qan təzyiqi dəyərlərinə nail olmaq üçün səy göstərməyə təşviq edir.


Lakin müxtəlif hesablamalara görə, dərman qəbul edən hipertoniya xəstələrinin 30-50%-i buna nail olmur. Bunun səbəbi müxtəlif amillər ola bilər, məsələn, dərmanların düzgün istifadə edilməməsi, qeyri-kafi müalicə və ya qan təzyiqinə təsir edən digər xəstəliklərin olması.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub