Evdə sağlamlıq üçün təhlükəli olan ən çirkli yerlər - Diqqət edin!
22.08.2023 13:54

Dermatoveneroloq Svetlana Yakovleva hamam, tualet, mətbəx və giriş qapısının insan üçün təhlükəli bakteriya və xəstəliklərin mənbəyinə çevrilə biləcəyini deyib.


Aztibb.az “Veçernyaya Moskva”ya istinadən xəbər verir ki, ekspert vanna otağında ayaqyalın olmamağı tövsiyə edib, çünki göbələk orada yerləşməyi sevir və adətən otağın nəm və işıqsız künclərində görünür.


Onun sözlərinə görə, yaşayış yerinin müxtəlif səthlərində tez-tez əmələ gələn kif həm də əlavə infeksiya mənbəyinə çevrilə bilər. Yad cismlər ağciyərlərə daxil olur, pnevmoniya və ya astmanın inkişafına səbəb olur.


Ekspert davam edib ki, bədənin açıq hissələrinin tualetin kənarı ilə təmasından qaçınmaq lazımdır. Dezinfeksiyaedici maddələrin tərkibində çoxlu allergen olur.


Mətbəxdə qabların yuyulması üçün süngərlər də təhlükəlidir, onlar çoxlu yağ, bakteriya və digər təhlükəli mikroorqanizmləri udurlar.


Həkim hesab edir ki, ön qapının tutacağı da təhlükəlidir, çünki ona tez-tez yuyulmamış əllər toxunur, nəticədə onun səthində bir neçə minə qədər mikrob toplanır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub