Alimlər miqren dərmanlarının təsirini dəyişib
21.08.2023 15:09

Miqren baş ağrısı hücumlarının 4 saatdan 3 günə qədər davam etdiyi xroniki bir xəstəlikdir. Dərmanlar simptomları idarə etməyə kömək edir, lakin miqren üçün müalicə yoxdur.


Aztibb.az doctorpiter.ru-ya istinadən xəbər verir ki, alimlər xəstəliyi daha yaxşı başa düşmək üçün təcrübələr aparırlar.


Tədqiqatçılar 25 siçovulu iki qrupa ayırıblar: əsas və nəzarət. Bütün siçovullara nitroqliserin vurulduqdan sonra elm adamları yeni dərmanları sınaqdan keçirərkən ondan "süni miqren" yaratmaq üçün istifadə ediblər.


Gözlənilənlərin əksinə olaraq, nitroqliserin siçovullara ikili təsir göstərib. Nəzarət qrupunda olan siçovulların bir yarısında damarlar genişlənib, digər yarısında isə daralıb.


Bu tədqiqatlar miqrenli xəstələrin, xüsusən də ürəyin işemik xəstəliyinin müalicəsi üçün nitroqliserin qəbul edənlərin müalicə taktikasına yenidən baxmağa imkan verəcək. Alimlər həmçinin digər dərmanlarla sınaqları davam etdirməyi planlaşdırırlar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub