Damarların zədələnməsinin qarşısını necə almaq olar?
21.08.2023 17:53

Mütəxəssis iddia edir ki, xəstəliyin ilkin mərhələsində zədələnmiş qan damarları ilə bağlı problemlərdən özünüz xilas ola bilərsiniz.


Aztibb.az xəbər verir ki, fleboloq cərrah Aleksey Bezrukavy gazeta.ru-ya verdiyi müsahibədə, dərinin səthi altında yerləşən zədələnmiş qan damarlarını evdə müalicə etməyin mümkün olduğunu söyləyib: "Onlar, ilk növbədə, venoz qapaqların zəifləməsi səbəbindən əmələ gəlir, bu da öz əvvəlki gücü ilə qanı damarlar vasitəsilə nəql etmək qabiliyyətini itirir".


Həkim qeyd edib ki, oturaq iş zamanı hər yarım saatdan bir isinmə hərəkətləri etmək lazımdır. Bu, yaxşı qan dövranını dəstəkləyəcəkdir. Bundan əlavə, pis vərdişlərdən imtina etməli, həddindən artıq yeməməli və qan axınına mane olan sıx paltar geyinməməlisiniz.


Mütəxəssis əlavə edib ki, istənilən halda müalicəni, düzgün diaqnozu və lazımi terapiya metodunu fleboiloq və ya cərrah təyin edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub