Mədəaltı vəzi xərçəngi insanın çəkisi və şəkəri ilə müəyyən edilə bilər - TƏDQİQAT
19.08.2023 21:15

Pankreas xərçəngi bir sıra simptomların monitorinqi ilə tez-tez diaqnoz qoyulduğundan daha erkən aşkar edilə bilər.


Aztibb.az mednovelty.ru-ya istinadən xəbər verir ki, bunu britaniyalı alimlər topladıqları məlumatların təhlili əsasında deyiblər.


Tədqiqatın bir hissəsi olaraq alimlər belə qənaətə gəliblər ki, böyük çəki itkisi və diabetlə əlaqəli olmayan hiperqlikemiya (qan şəkərinin yüksək olması) mədəaltı vəzi xərçənginin inkişafını göstərə bilər.


Bu simptomlar mədəaltı vəzi xərçəngi diaqnozu qoyulmuş xəstələrdə aşkar edilib. Ümumilikdə alimlər bu xəstəliyi olan xəstələrin 9 min kartını, belə xəstəliyi olmayanların isə 34 min kartını təhlil ediblər.


Tədqiqat nəticəsində məlum olub ki, mədəaltı vəzi xərçəngi olan insanlar diaqnoz qoyulmazdan əvvəlki illərdə əhəmiyyətli dərəcədə arıqlayıblar. Pankreas xərçəngi olan insanlarda qlikozid hemoglobin diaqnozdan təxminən üç il əvvəl yüksəlir.


Buna görə də elm adamları bu simptomlara diqqət yetirməyi və əgər varsa, mədəaltı vəzi xərçənginin olub-olmaması üçün skrininq keçirməyi tövsiyə ediblər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub