İsti hava varikoz damarlarla bağlı təhlükəni artırır
20.08.2023 15:00

Ürək-damar cərrahı Nail Kahraman isti havalarda və spa, sauna kimi mühitlərdə varikoz xəstələrinin şikayətlərinin artdığını bildirib.


Aztibb.az trthaber.com-a istinadən xəbər verir ki, həkim bununla bağlı şərhində, varikoz xəstəliyinin ağırlıq qüvvəsinin təsiriylə qanın xüsusilə ayaqlarda toplanması, damarların geri dönmə funksiyasını yerinə yetirən qapaqların funksiyasını itirməsi nəticəsində təyin edildiyini ifadə edib.


Varikoz damarlarının həm kosmetik problemlərlə, həm də ağrı və uyuşma kimi problemlərlə xəstənin həyat rahatlığına əhəmiyyətli dərəcədə təsir etdiyini vurğulayan həkim qeyd edib ki, xroniki bir xəstəlik olan varikoz damarlarının əmələ gəlməsinə qarşı lazımi tədbirlər alınmalı və müalicəsi gecikməməlidir. Müalicə edilməzsə, ayaqlarda ağrı və uyuşma, hətta varikoz bölgəsində yaralar kimi əlamətlərə səbəb ola bilər.


Aparılan araşdırmalarda daha çox qadınlarda hamiləlik və menopauza kimi hormonal tarazlıq dövrlərində, artıq çəki, xroniki öskürək, qəbizlik problemi olanlarda, uzun müddət oturanlar və ya uzun müddət hərəkətsizlik zamanı bu hal rastlanır. Bundan əlavə, çox dar paltarlara və dikdaban ayaqqabılara üstünlük verən insanlarda da görülür.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub