Havanın çirklənməsi antibiotiklərə qarşı müqavimət yaradır
21.08.2023 07:07

100-dən çox ölkənin məlumatlarından istifadə edilərək aparılan qlobal araşdırma, havanın çirklənməsinin insanlarda antibiotiklərə qarşı müqaviməti artırdığını ortaya çıxarıb.


Aztibb.az xəbər verir ki, "Lancet Planetary Health" elmi jurnalında dərc olunan məqaləyə görə, təxminən 20 ildir davam edən araşdırma nəticəsində hər ölkədə və qitədə havanın çirklənməsinin artmasının antibiotiklərə qarşı müqavimətin artması ilə əlaqəli olduğu qənaətinə gəlinib.


Antibiotik müqaviməti qlobal sağlamlıq üçün ən sürətlə artan təhdidlərdən biri kimi qəbul edilir. Antibiotik müqavimətinin ildə 1,3 milyon insana təsir edəcəyi təxmin edilir.


Antibiotik müqavimətinin ən böyük səbəbinin antibiotiklərin həddindən artıq istifadəsi və sui-istifadəsi olduğu düşünülür. Lakin son araşdırma göstərir ki, havanın çirklənməsi ilə bu problem daha da dərinləşir. Çirklənmə ilə ürək xəstəlikləri, astma və ağciyər xərçəngi kimi xroniki xəstəliklər də artır.


Hava çirklənməsində yüzdə 10 artımın antibiotik müqavimətinin yüzdə 1,1 artması ilə əlaqəli olduğunu ortaya qoyan araşdırmada, təkcə 2018-ci ildə hava çirklənməsinin səbəb olduğu antibiotik müqavimətinə görə 480.000 vaxtından əvvəl ölümün baş verdiyi təxmin edilir.


Tədqiqatçılar bu rəqəmin 2050-ci ilə qədər ildə 840 min nəfərə çatmasının mümkün olduğunu düşünürlər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub