Alimlər mövcud olmayan xəstəliklər üçün peyvəndlər hazırlayırlar
18.08.2023 21:14

İngiltərədə bir qrup alim gələcəkdə mümkün xəstəliklər üçün peyvəndlər hazırlamaq üzərində işləməyə başlayıb.


Aztibb.az "Sky News"a istinadən xəbər verir ki, bütün dünyaya təsir edən COVID-19 epidemiyasından sonra heyvanlardakı digər patogenlərin təkamül edə biləcəyini düşünən tədqiqatçılar mümkün peyvəndlər üzərində işləyirlər.


Tədqiqat Böyük Britaniya hökumətinin Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) tərəfindən Uiltşirdəki yüksək təhlükəsizliklə təmin olunan Porton Daun laboratoriyasında aparılır.


Bildirilib ki, laboratoriyada çalışan 200 alim heyvan viruslarına qarşı hələ insanlara təsir etməyən vaksinlər hazırlamağa çalışır.


UKHSA-nın baş professoru Dame Jenny Harries bildirib ki, burada etməyə çalışdığımız şey, yeni bir xəstəlik və ya yeni bir patogenlə rastlaşsaq, hazır olmaqdır. Mümkün qədər irəliləmək üçün çox çalışırıq.


Peyvənd tədqiqatlarında iştirak edən komanda bu yaxınlarda yüzdə 30 ölüm nisbəti olan Krım-Konqo virusuna qarşı peyvənd hazırlayıb. Erkən klinik sınaqlarına başlanan peyvəndin yaxın gələcəkdə 24 könüllü üzərində sınaqdan keçirilməsi gözlənilir. Həmçinin laboratoriyada quş qripi, meymun çiçəyi və hanta kimi viruslarla bağlı araşdırmaların aparıldığı məlumdur.


"Sky News"un mövzu ilə bağlı hesabatında bildirlir ki, bəzi patogenlər üzərində tədqiqat yalnız viruslar insanlara yoluxduqdan sonra aparıla bilər.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır