Sağlam dərinin, dırnaqların və saçların sirri vitamin və minerallardadır
20.08.2023 10:19

Gözəl dəri, parlaq saçlar və sağlam dırnaqlar... Demək olar ki, hər kəs bu xüsusiyyətlərə sahib olmaq istəyir. Bütün bunlara gənc yaşda sahib ola bilsəniz də, yaşlandıqca problemlər yarana bilər. Bu dəfə baxım məhsullarından qida əlavələrinə qədər bir çox variant ortaya çıxır. Xüsusilə son illər bu cür məhsullara maraq artmaqdadır.


Aztibb.az trthaber.com-a istinadən xəbər verir ki, yaşlanma və ətraf mühit şəraitinin təsiri ilə bədən dəri, saç və hətta dırnaqların ehtiyac duyduğu vitamin və mineralları həmişə təmin edə bilmir.


Belə hallarda dəstək qaçılmazdır. Ancaq dəstək məhsulları ehtiyaca uyğun və dozada, ən əsası isə mütəxəssis nəzarəti altında istifadə edilməlidir.


Professor İlkin Zindancı bədənimizin dəri, saç və dırnaqlar üçün hansı vitamin və minerallara ehtiyac duyduğunu bildirib.


“Biotin və keratini çox lazımlı olduğundan saç tökülməsi, dırnaq qırılması kimi şikayətlər olduqda onu tövsiyə edirik. Çünki biotin çatışmazlığında saç tökülməsini və dırnaqların qırılmasını görə bilərik. Güclü keratin dərini möhkəm saxlamağa kömək edir. Tərkibində sistin və lizin kimi bir çox amin turşusu var. Güclü keratin quruluşu üçün B12, biotin, C vitamini, niasin, fol turşusu, selenium, mis kimi bir sıra vitamin və minerallar lazımdır. Bu dayaqların hamısının ayrı vəzifəsi var... Bunlardan birinin olmaması keratinin quruluşunu zəiflətdiyi üçün saç, dırnaq və dərinin zəifləməsi baş verər”, - deyə professor vurğulayıb.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub