Sümük-əzələ ağrıları ofis işçilərinə daha çox təsir edir - Professorun izahında
20.08.2023 07:48

Tez-tez görülən əzələ-skelet ağrıları insanların həyat keyfiyyətinə mənfi təsir edir. Sümük-əzələ ağrılarının səbəbi xəstənin yaşına, cinsinə, keçmiş və indiki xüsusiyyətlərinə görə dəyişə bilər.


Aztibb.az trthaber.com-a istinadən xəbər verir ki, bunu şərh edən professor Figen Ayhan onurğa ağrısının bir çox sahəni əhatə etdiyinə diqqət çəkərək fiziki təbabət və reabilitasiya, neyrocərrahiyyə, ortopediya, alqologiya və revmatologiya mütəxəssislərinin bu ağrıları birlikdə qiymətləndirdiyini bildirib.


Ofis işçilərinin adətən uzun müddətli kompüter istifadəsi səbəbiylə boyun və bel ağrıları ilə onlara müraciət etdiklərini deyən həkim boyun yırtığı ilə bağlı boyun ağrısı şikayətlərinin də görüldüyünü ifadə edib.


Bel ağrılarının ən çox görülən onurğa ağrıları arasında olduğunu və uzun müddət oturan fiziki işçilərdə və idarəçilərdə tez-tez rast gəlindiyini bildirən professor bel ağrısının iş qüvvəsini itirən səbəblər arasında olduğunu qeyd edib və bel ağrısının disk yırtığı, travma, infeksiya, xərçəng və revmatizm kimi hallarda da görüldüyünü, bu hallarda qabaqcıl görüntüləmə və laboratoriya testlərinin tətbiq edilməsi lazım olduğunu xəbərdar edib.


"Mexanik diz ağrıları, xüsusilə gənclərdə və idmançılarda oynaq içi menisküs və ya ön çarpaz bağ kimi strukturlardan qaynaqlanır. Çiyin ağrısı, gündəlik praktikamızda gördüyümüz oynaq ağrılarının ikinci ən çox görülən səbəbidir. Xüsusilə oynaqlarda gördüyümüz vətər yırtıqları. İdman salonlarında həddindən artıq yüklənmə və diabet çiyin ağrılarının əhəmiyyətli səbəbləridir", - deyə professor vurğulayıb.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub