Bitki çayı təhlükəsindən ehtiyatlı olun! Ölümcül riskləri var
19.08.2023 10:32

Daha sağlam olması düşüncəsi ilə istehlak edilən bitki mənşəli məhsulların uzun müddətli xroniki təsirləri ilə yanaşı planlı və ya təcili əməliyyatlarda ölümcül risklər də ola bilər.


Aztibb.az trthaber.com-a istinadən xəbər verir ki, təlimatçı həkim Aylin Nizamoğlu kifayət qədər zərərsiz olduğu bilinən, sağlamlıq və ya arıqlamaq məqsədilə istifadə edilən sarımsaq, yaşıl çay, albalı sapı çayı kimi məhsulların ciddi qanaxmalara, hətta bağırsaq deşilməsinə səbəb ola biləcəyini söyləyib.


Xüsusilə əməliyyatı planlaşdırılan xəstələrin istifadə etdikləri bitki mənşəli məhsullar barədə həkimlərinə məlumat verməli olduqlarını qeyd edən A.Nizamoğlu bildirib ki, bu məhsulların qan durulducu təsiri əməliyyatdan əvvəl etdiyimiz rutin testlərdə əks olunmur.


"Hər şey normal görünsə də, əməliyyat zamanı xəstədə gözlənilmədən qanaxma baş verə bilər. Yaxud ürək ritmini və qan təzyiqini pozan təsirləri ola bilər. Gənc, sağlam xəstələrdə əməliyyat zamanı ürək dayanması ola bilər və bunu düzəltmək üçün verdiyimiz dərmanlar öz təsirini gec göstərir. Hətta ədəbiyyatda çoxlu sarımsaq istehlakı nəticəsində beyin qanaması halları qeyd edilir", - deyə həkim vurğulayıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır