Prezervativ hansı halda cinsi yolla ötürülən infeksiyalardan qorumur?
19.08.2023 17:03

Cinsi əlaqədə prezervativlər yalnız arzuolunmaz hamiləlikdən deyil, həm də cinsi yolla keçən xəstəliklərdən qorunmaq üçün lazımdır. Bununla belə, bir çox insanlar bariyer kontrasepsiyaya məhəl qoymur, onun digər növlərinə müraciət edirlər.


Aztibb.az live24.ru-ya istinadən xəbər verir ki, dermatoveneroloq Roman İvanov bildirdiyinə görə, əslində, məlum kontrasepsiya növlərindən heç biri cinsi xəstəliklərdən və ya hamiləlikdən yüz faiz qorunmağa zəmanət verə bilməz. O, bəzi cinsi yolla ötürülən infeksiyalara qarşı prezervativin tamamilə gücsüz ola biləcəyinə aydınlıq gətirib.


Ən sadə qayda odur ki, eyni kontraseptiv iki dəfə istifadə edilə bilməz. İnfeksion agenti ehtiva edə bilən cinsiyyət orqanları və bədən mayeləri ilə birbaşa təması istisna etmək üçün cinsi əlaqənin ən əvvəlində prezervativ taxmaq tövsiyə olunur.


Həkim prezervativi dəbilqə ilə müqayisə edib. O, həm də bədənin yalnız bir hissəsini qoruyur, lakin hər şeydən deyil. Veneroloq hətta prezervativlə də herpes və HPV-yə yoluxma riski barədə xəbərdarlıq edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub