Dişlərinizi fırçalamadan əvvəl hansı qidaları yemək olmaz
19.08.2023 10:22

Portağal, limon və digər sitrus meyvələrində C vitamini var. Bu, immunitet sistemi üçün vacibdir, əhval-ruhiyyəni yaxşılaşdırır, dərinin vəziyyətini yaxşılaşdırır və ümumiyyətlə orqanizm üçün faydalıdır.


Aztibb.az live24.ru-ya istinadən xəbər verir ki, stomatoloq Abel Əzizi bu cür meyvələri acqarına yeməyi tövsiyə etmir. O, sitrus meyvələrindəki turşu ilə bağlı xəbərdarlıq edib: "Diş minasını məhv edə bilər, eroziyaya və diş çürüməsinə səbəb ola bilər".


Həkim səhər saatlarında tüpürcək istehsalının azaldığını və bununla da ağız boşluğunun turşulardan qorunmasını izah edib. Səhər yeməyində turş meyvələr yemək bu təsiri gücləndirə bilər.


Diş həkimi dişləri fırçalamadan əvvəl kofe içməkdən də çəkinməyi tövsiyə edir. Bu məşhur içkinin də tərkibində turşular var. Bundan əlavə, qəhvə dişlərə çirkin qəhvəyi rəng verə bilər.


"Səhər bir fincan qəhvədən imtina edə bilməsəniz belə, içdikdən sonra ağzınızı su ilə yaxşıca yaxalamaq məsləhətdir. Ağzı yaxalamaq üçün uyğun və xüsusi mayelər var. Belə məhsullar nəinki bakteriyaları məhv edir, həm də diş minasını gücləndirir, həmçinin sağlam ağız mühitini qoruyur", - deyə həkim vurğulayıb.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır