Koenzim Q10 - Orqanizmdə azalma səbəbləri və simptomları
18.08.2023 12:20

Koenzim Q10 (CoQ10) bütün canlı orqanizmlərdə sintez olunan, yaş və ətraf mühit faktorlarının təsiri ilə miqdarı azalan vitaminəbənzər maddədir.


Aztibb.az xəbər verir ki, həkim-endokrinoloq Fərhad Burzu bildirib ki, CoQ10 hüceyrə mitoxondrisində rast gəlinir və hüceyrənin enerji balansının təmin olunmasında rol oynayır. CoQ10 antioksidant və antiinflamatuar təsirlərə malikdir. CoQ10 orqanizmdə ən çox ürək, böyrək və qaraciyər kimi yüksək metobolizm sürətinə malik orqanlarda rast gəlinir.


Eendokrinoloq CoQ10-nun 4 formasını - ubixinon, ubixinol, hidroksikoenzim Q10, super ubixinolun olduğunu deyib.


Həkim CoQ10 orqanizmdə azalma səbəbləri də sadalayıb:


- Yaş;
- Ürək-damar xəstəlikləri;
- Revmatoloji xəstəliklər;
- Şəkərli diabet;
- Alzheimer;
- Parkinson;
- Statin istifadəsi;
- Alkoqol və siqaret istifadəsi.


Ekspert Koenzim Q çatışmazlığı zamanı aşağıdakı simptomlara rast gəlindiyini bildirib:


- Xroniki yorğunluq;
- Oynaq və əzələ ağrıları;
- Miqren ağrıları;
- Yaddaşsızlıq;
- Depressiya.


CoQ10 qida yolu ilə qırmızı ət, qaraciyər, balıq, yumurta, lobya, mərcimək, gül kələm, ispanaq, portağal və çiyələkdən əldə edilə bilər.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub