Endokardit hansı əlamətlərlə biruzə verir? Kardioloq izah etdi
18.08.2023 11:03

Endokardit ürək qapaqlarının, ürək və damarların içərisində yerləşən endotel təbəqənin infeksiyasıdır.


Aztibb.az xəbər verir ki, kardioloq İlqar Tahiroğlunun izahına görə, necə ki, hər hansı bir orqanımızda (ağız boşluğu, boğaz, bağırsaqlar) infeksion proses olduqda insanın qızdırması qalxır, eyni bu xəstəlikdə də insanda ilk olaraq qızdırma əlaməti görünür.


Həkim qeyd edib ki, qızdırma çox zaman titrəmə ilə növbələşir və ilk dövrdə adi virus infeksiyası ilə dəyişik salına bilər.


"Bu zaman xəstəlik yanaşı müxtəlif şikayətlər verə bilər. Oynaq ağrıları, ürəkbulanma, bəzən qusma, tənəffüsün çətinləşməsi. Bu xəstələrin bir qədər gecikmiş dövründə oynaqlarda düyünlər yaranmağa başlayır, bunlara Ossler düyünləri deyilir və əksəriyyət halda əllərin üzərində aydın nəzərə çarpır", - deyə kardioloq vurğulayıb.


Bu zaman vaskulyar problemlər yəni damarlarla bağlı problemlər çox nəzərə çarpır, bu da müxtəlif ləkələr şəklində özünü biruzə verir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır