Bağırsaq polipinin forma və xüsusiyyətlərinə görə növləri
17.08.2023 09:29

Polip bağırsağın selikli qişasında yaranmış törəmə deməkdir. Bağırsaq xəstəliklərindən biri də yoğun bağırsaq polipləridir.


Aztibb.az xəbər verir ki, "Medika Hospital"dan verilən məlumata görə, yoğun bağırsaq polipləri birsaylı və çoxsaylı ola bilər.


Forma və xüsusiyyətlərinə görə poliplər müxtəlif növlərə bölünür. Burada, xüsusən, iltihabi, hiperplastik və neoplastik formaları qeyd etmək olar. Bu törəmələr bədxassəli və xoşxassəli xüsusiyyətə malik ola bilər.


Yoğun bağırsaq poliplərinin cərrahi müalicəsi endoskopik avadanlıq vasitəsilə həyata keçirilir. Poliplərin yandırılması üçün elektrokoaqulyasiya tətbiq olunur. Böyük poliplər hissə-hissə xaric edilir.


Çoxsaylı polipoz zamanı yoğun bağırsağın bir hissəsi kəsilib götürülür. Xaric edilmiş polip histoloji müayinəyə yönəldilir və orada polipin bədxassəli transformasiyasının olub-olmaması müəyyənləşdirilir.


Poliplərin endoskopik metodla xaric edilməsi yüngül və ağrısız keçir, bunu ümümi narkozsuz həyata keçirirlər, bağırsağın travması minimal olur.


İlk iki həftə ərzində poliplərin eyni yerdə yenidən əmələ gəlmək ehtimalı var - buna 13% xəstələrdə rast gəinir. 7% pasiyentlərdə poliplər yoğun bağırsağın digər nahiyələrində yarana bilər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub