Dağınıq skleroza səbəb olan virusa qarşı ilk peyvənd hazırlanır - Beyin iltihabının qarşısını alacaq
15.08.2023 13:20

Dağınıq sklerozun arxasında duran Epstein-Barr virusunun bəzi xərçəng növləri ilə yanaşı bu xəstəliklə də əlaqəli olduğu bilinir.


Aztibb.az trthaber.com-a istinadən xəbər verir ki, sözügedən virus çox vaxt öpüşmə zamanı tüpürcək vasitəsilə yayılır və buna görə də onun yaratdığı infeksiyaya xalq arasında öpüşmə xəstəliyi deyilir.


Ən çox gənclərdə görülən virus yorğunluq, halsızlıq, iştahsızlıq kimi əlamətlərlə özünü göstərir. Xəstəliyin simptomları adətən bir aydan iki aya qədər davam edir.


Alimlərin son tapıntılarına görə, dağınıq skleroz virusun ağır nəticələri arasındadır. Beyin və onurğa beynində mesajlar daşıyan sinir lifləri ətrafındakı qoruyucu qabığa təsir göstərir. Adətən 20-30 yaşlarında diaqnoz qoyulan xəstələrdə danışmaq və yeriməkdə çətinlik yarana bilər.


Bununla belə, Epstein-Barr virusuna qarşı hazırlanmış peyvənd yoxdur.


Avstraliya alimləri ilk peyvəndin hazırlanması istiqamətində addımlar atıb. Komanda siçanlar üzərində apardıqları təcrübədə orqanizmin immun sisteminin fəaliyyətində əsas rol oynayan limfa düyünlərini hədəf alan vaksin hazırlaya bilib.


Bu peyvənd təkcə virusla mübarizə aparmaq üçün uzunmüddətli antikorlar və T-hüceyrələri istehsal etməyib, həm də virusla əlaqəli şişlərin böyüməsinə qarşı qoruyan immun reaksiyasını işə salıb. Bu həmçinin virusun fəaliyyətinə erkən maneə törətməklə, xəstəliyə səbəb ola biləcək beyin iltihabı kimi ikinci dərəcəli problemlərin qarşısını alır.


Digər tərəfdən, mütəxəssislər vaksinin hələlik yalnız siçanlar üzərində sınaqdan keçirildiyini bildiriblər. Tədqiqat qrupu yaxın gələcəkdə insanlar üzərində də təcrübələrə başlayacaqlar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub