Yumurtalıq toxuması transplantasiyası ilə talassemiyalı xəstə sağlam hamiləlik yaşayır
15.08.2023 09:57

Ankara Universitetinin professoru Murat Sönmezer yumurtalıq toxumasının dondurulması və transplantasiyasının xərçəng və ya bəzi xərçəng olmayan xəstəliklərdə fertilliyi qorumaq üçün istifadə edilən bir üsul olduğunu və yalnız inkişaf etmiş mərkəzlərdə həyata keçirildiyini bildirib.


Aztibb.az trthaber.com-a istinadən xəbər verir ki, bu üsulla indiyə qədər məhdud sayda uğurlu hamiləlik əldə edildiyini vurğulayan professor hələTürkiyədə ilk dəfə 2004-cü ildə bu üsula başlanıldığını deyib.


Həkim bu üsulun yumurta və ya embrion dondurulmasından fərqli olduğunu izah edib: "Bu üsul kimyaterapiya və ya kök hüceyrə müalicəsindən əvvəl yumurtalıqların dondurularaq əridilməsi və sonra yenidən xəstəyə köçürülməsi ilə həyata keçirilir. Xüsusilə yüksək dozada kimyaterapiya alan xərçəng xəstələrində yumurtalıq ehtiyatları kimyaterapiyaya görə məhv olur. Yəni bu xəstələr menopauza keçir və uşaq sahibi olmaq şansını itirir.


Bu üsulla kimyaterapiya və ya radioterapiyadan əvvəl xəstələrin yumurtalıq toxuması alınaraq dondurulur. Uşaq sahibi olmaq istədikləri zaman həmin şəxsə məxsus donmuş yumurtalıq əridilir və laparoskopik əməliyyatla xəstəyə köçürülür. Xəstənin menopozu qayıdır. Bu mərhələdən sonra xəstə təbii yolla və ya in vitro mayalanma yolu ilə hamilə qala bilər.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub