Ərəb qəlyanaltısı humusun faydaları
10.09.2023 10:56

Bitki mənşəli zülalla zəngin olan humus təkcə vegetarianlar və oruc tutanların deyil, əksər insanın da sevimli qidalarından biridir. Çoxları ondan sendviç hazırlayır, həmçinin qəlyanaltı kimi istifadə edir.


Aztibb.az involta.media-ya istinadən humusun faydaları barədə məlumatı paylaşır.


Humus qaynadılmış noxud, küncüt pastası və otlardan hazırlanan ənənəvi ərəb qəlyanaltısıdır. Məhsul olduqca yüksək kalorilidir, tərkibində aşağıdakı elementlər var:


- bitki mənşəli protein və yağlar;
- antioksidanlar və pəhriz lifi;
- fosfor, kalsium, maqnezium, sink, kalium, dəmir;
- A, B1, E, B2, B6, C vitaminləri.


Humusun tərkibində üzvi turşular, vitaminlər, minerallar və antioksidantlar kimi bir çox faydalı maddələr var. Həzmi yaxşılaşdırmağa, bağırsaqlarda sağlam mikrofloranı saxlamağa, immunitet sistemini gücləndirməyə və iltihabı azaltmağa kömək edir.


Hər hansı bir şübhəniz varsa, eləcə də hər hansı bir xəstəliyin olması halında, özünüz üçün yeni bir məhsul istifadə etməzdən əvvəl həkim və ya dietoloqla məsləhətləşməniz tövsiyə olunur.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub