Hamilə qadınlar bir qurtum belə spirtli içki qəbul etməməlidir - Narkoloqun izahında
14.08.2023 14:41

Psixiatr-narkoloq Vitali Holdin hamilə qadınların nə üçün bir qurtum belə spirtli içki qəbul etməməli olduğunu izah edib.


Aztibb.az news.ru-ya istinadən yazır ki, ekspert hamiləliyin ilkin mərhələlərində yumurtanın xarici faktorlardan son dərəcə asılı olduğunu bildirib. Onun sözlərinə görə, gələcək ana spirtli içki qəbul etməyə başlasa, uşağı öldürə bilər. Alkoqol səbəbiylə uterusun tonu artır və bu, uşağı düşməyə səbəb ola bilər.


Bundan əlavə, spirt inkişaf mərhələsində bir körpədə zehni və fiziki anormallıqlara səbəb ola bilər.


"Hamilə qadın bir qurtum belə alkoqol qəbul etməməlidir, çünki çox kiçik bir dozada spirt belə hamiləliyin gedişatına və uşağa təsir edə bilər", - deyə V.Holdin xəbərdarlıq edib. O əlavə edib ki, hamilə qadınlar üçün spirtin təhlükəsiz dozası yoxdur. Onun sözlərinə görə, bu məsələ tibb ictimaiyyətində dəfələrlə müzakirə olunub və həkimlər yekdil rəyə gəliblər ki, hamilə qadınlara spirtli içki qəbul etmək qəti qadağandır.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub