İtalyan alimləri demansdan qoruyan qəhvə növünün adını açıqlayıblar
13.08.2023 14:00

İtalyan alimlərinin araşdırmalarının nəticəsində müəyyən edilib ki, espresso Alzheimer xəstəliyinin yaranmasından qoruyur.


Aztibb.az xəbər verir ki, bu barədə “Journal of Agricultural and Food Chemistry” məlumat yayıb.


Tədqiqatçılar espressonun demansın inkişafında mühüm element olan tau proteininin yığılmasının qarşısını aldığını aydınlaşdırıblar.


Tədqiqat bir neçə espressonun kimyəvi komponentlərini təhlil edib. Məlum olub ki, qəhvənin tərkibində olan maddələr 40 saat ərzində tau zülalının qısaldılmış forması ilə qarışdırılıb. Bu kəsilmiş fibrillərin hüceyrələrə heç bir zərərli təsiri olmayıb.


Əlavə təcrübələr kofein və espresso ekstraktının tau fibrillərinə bağlana biləcəyi qənaətinə gətirib çıxarıb. Bu, içkini demansla mübarizədə faydalı bir vasitə halına gətirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub