60 yaşdan yuxarı insanlar üçün ən zərərli qida kateqoriyası
13.08.2023 14:55

Yaşlandıqca maddələr mübadiləsi yavaşlayır və xroniki xəstəliklər çoxalır, buna görə də pəhrizinizə diqqət yetirmək xüsusilə vacibdir.


Aztibb.az xəbər verir ki, diyetoloq Yevgeni Arzamastsev “Moskva 24” telekanalına müsahibəsində 60 yaşdan yuxarı insanların imtina etməli olduğu məhsul kateqoriyasından bəhs edib.


"Ən zərərli qidalar faydalı elementləri olmayan, lakin tərkibində çoxlu kalorilər, karbohidratlar, yağlar (o cümlədən trans yağlar) və duz olan qidalardır. Bu xüsusiyyətlər fast food bənzəri qidalardadır. Belə qidaların istehlakı ilə qocaların həzm orqanlarına və ürəyinə həddindən artıq yük düşür və onlara heç bir fayda vermir", - diyetoloq bildirib.


Ekspert qeyd edib ki, trans yağlar xüsusilə təhlükəlidir. Onlar aşağı sıxlıqlı lipoproteinlərin, yəni pis xolesterinin səviyyəsini artırır. Bundan əlavə, hüceyrə divarlarına zərər verə bilən aktiv molekullar olduğu üçün hüceyrə komponentlərinə mənfi təsir göstərir.


Qeyd etmək lazımdır ki, bədən qocalıqda artıq bu zərərli molekullarla effektiv mübarizə apara biləcək qədər çox antioksidan istehsal etmir.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub