Diyetoloq: Avokado və daha iki yağlı qida arıqlamağınıza kömək edəcək
13.08.2023 10:15

Diyetoloq Mariya Kapralova bir çox üstünlükləri olan və arıqlamağa kömək edən üç yağlı qidadan bəhs edib.


Aztibb.az gazeta.ru-ya istinadən yazır ki, bu məhsullara avokado, qoz-fındıq və təmizlənməmiş yağlar daxildir.


"Avokado orqanizmdən toksinlərin çıxarılmasına kömək edən və qanda xolesterinin səviyyəsini aşağı salan ən güclü antioksidantlardan biridir. Bundan əlavə, avokadonun orqanizmə xərçəng hüceyrələri ilə mübarizə apardığı sübut olunub", - deyə M.Kapralova bildirib.


Arıqlamaq istəyənlərin qida rasionuna avokado ilə yanaşı, bitki yağları da daxil edilməlidir. Bu kətan, xardal, badam, küncüt, günəbaxan, qoz və qara zirə yağları ola bilər.


Həkim bildirib ki, bitki yağları damarların elastikliyini artırır, bütün orqan və sistemlərin fəaliyyətinə müsbət təsir edir, immuniteti və mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdırır.


Bu yağları həm təmiz formada, həm gündə bir xörək qaşığı miqdarında istehlak etmək, həm də salatlara əlavə etməklə yemək olar.


Həmçinin, lipid mübadiləsinin normallaşması səbəbindən arıqlamağa kömək edən qoz-fındıq haqqında da unutmaq olmaz. Qoz-fındıq Alzheimer və diabetin də qarşısını alır.

 

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub