Heyvanlarla fotoçəkilişlər sağlamlıq üçün təhlükəli ola bilər
12.08.2023 09:56

Heyvanlarla şəkil çəkdirməklə siz salmonellyoz, quduzluq, tetanoz və ya hətta tropik qızdırma ilə yoluxma riski ilə rastlaşa bilərsiniz.


Aztibb.az xəbər verir ki, RİA Novosti-yə müsahibəsində Mərkəzi Elmi-Tədqiqat Epidemiologiya İnstitutunun CMD Molekulyar Diaqnostika Mərkəzinin aparıcı mütəxəssisi Mixail Lebedev bu infeksiyaların toxunma əlaqəsi zamanı heyvandan insana keçmə təhlükəsinin yüksək olduğunu bildirib.


“Belə fotosessiyalarda ən təhlükəli şey heyvandan insana keçə biləcək xəstəliklərdir. Axı, həmin heyvanın lazımi şəraitdə saxlanmasına, bütün lazımi peyvəndləri almasına və mütəmadi olaraq baytar müayinəsindən keçməsinə heç bir zəmanət yoxdur”, - deyə ekspert vurğulayıb.


Mütəxəssis xəbərdarlıq edib ki, ilan və ya kərtənkələdən müxtəlif dəri xəstəlikləri və salmonellyoz alına bilər, quşların ornitozu ötürməsi ehtimalı yüksəkdir.


Ornitoz tənəffüs və həzm sistemlərinin zədələnməsi ilə xarakterizə olunan kəskin yoluxucu xəstəlikdir. Çox vaxt tropik tutuquşu vətənində yoluxur və sonra bu xəstəliyi özü ilə gətirir "deyə mütəxəssis izah edib.


Xüsuilə meymunlar mövcud insan xəstəliklərinin demək olar ki, hamısını daşıyır. Bunlar arasında bağırsaq infeksiyaları, viral hepatit, quduzluq və hər cür tropik qızdırmaları qeyd etmək olar.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub