Epilepsiya hər il dünyada təxminən 2,4 milyon insana təsir edir
11.08.2023 14:47

Epilepsiya beyindəki sinir hüceyrələrinin anormal dərəcədə yüksək aktivlik göstərdiyi bir vəziyyətdir.


Aztibb.az trthaber.com-a istinadən xəbər verir ki, uzman həkim Hülya Mavinin sözlərinə görə, bu vəziyyət beyindəki normal elektrik siqnallarının nəzarətsiz şəkildə yayılmasına və tutmaların yaranmasına səbəb olur. Qıcolmalar beynin anormal elektrik aktivliyi nəticəsində yaranan müxtəlif simptomlarla özünü göstərə bilər.


O, qeyd edib ki, uşaqlıqda bəzi ciddi xəstəliklər epilepsiyaya səbəb ola bilər. Epilepsiyanın səbəblərinin tam olaraq anlaşılmadığını ifadə edən həkim vurğulayıb ki, beyindəki struktur anomaliyaları, beyin zədələri, infeksiyalar, genetik faktorlar və bəzi nevroloji xəstəliklər epilepsiya riskini artıra bilər. Doğuş və erkən uşaqlıq dövründə bəzi ciddi xəstəliklər də epilepsiyaya səbəb ola bilər.


Epileptik tutmalar müxtəlif növ ola bilər. Bəzi insanlar huşunu itirir, bəziləri isə əzələ spazmları və zehni çaşqınlıq yaşaya bilər. Epilepsiya diaqnozu müddət və tezlik nəzərə alınmaqla mütəxəssis nevroloq tərəfindən qoyulur. Elektroensefaloqramma (EEG) kimi testlər xəstəliyin diaqnozunda mühüm rol oynayır.


Epilepsiyanın müalicəsi xəstənin tutmalarının növü, tezliyi və şiddəti ilə müəyyən edilir. Antiepileptik dərmanlar müəyyən qədər təsirli olur. Müalicəyə baxmayaraq, qıcolmaları tamamilə aradan qaldırmaq həmişə mümkün olmaya bilər, lakin uyğun dərmanlar və müalicə üsulları ilə qıcolmaların sayı və şiddəti azaldıla bilər.


Bəzi inkişaf etmiş hallarda cərrahi müdaxilə düşünülə bilər. Vagal Sinir Stimulyasiyası (VSS) epilepsiya xəstələri üçün dərman müalicəsinin kifayət etmədiyi hallarda perspektivli alternativ müalicə variantı təklif edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev