Xərçəngin müalicəsində perspektivli inkişaf: Məqsədli kimyaterapiya həbi
11.08.2023 12:27

ABŞ-da yerləşən City of Hope xərçəng araşdırma və müalicə təşkilatının tədqiqat qrupu xərçəng müalicəsində irəliləyiş əldə edib.


Aztibb.az planet-today.ru-ya istinadən xəbər verir ki, hazırlanmış dərman yalnız hüceyrələri daşıyan yollarda xərçəng hüceyrələrini daşıyan hüceyrələri hədəfə alır.


AOH1996 adlanan bu molekul hədəflənmiş kimyaterapiyadan istifadə edərək xərçəng hüceyrələrinə təsir göstərir.


Xüsusilə böyüyən şişlərdə DNT replikasiyasında mühüm rol oynayan PCNA adlı zülalı hədəf alaraq xərçəng hüceyrələrini zərərsizləşdirir.


Araşdırma təşkilatının açıqlamasına görə, son 20 ildə inkişaf etdirilən bu möcüzəvi molekul döş, prostat, beyin, yumurtalıq, uşaqlıq boynu, dəri və ağciyər xərçənglərinin müalicəsində preklinik tədqiqatlarda təsirli olub.


"Cell Chemical Biology" jurnalında dərc edilən araşdırma AOH1996-nın 70-dən çox xərçəng hüceyrə xəttində sınaqdan keçirildiyini ortaya qoyub. Nəticələr göstərib ki, AOH1996 normal hüceyrə çoxalma dövrünü pozaraq xərçəng hüceyrələrini selektiv şəkildə məhv edir. Bu uğurlu nəticələrdən sonra növbəti addım insanlar üzərində klinik sınaqların aparılması olacaq.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev