"Ekspress": Ayağa qalxarkən başgicəllənmə ağciyər xərçənginin əlamətlərindən biri ola bilər
09.08.2023 09:49

Ağciyər xərçəngi dünyada ən çox görülən ikinci xərçəngdir, lakin bir çox insan onun simptomlarından xəbərsizdir.

 

Aztibb.az “Express” nəşrinə istinadən xəbər verir ki, Britaniyanın "Cancer Research" şirkətinin onkoloqları ağciyər xərçənginin aşkar olmayan əlamətlərindən danışıblar.

 

Mütəxəssislər qeyd ediblər ki, ilkin mərhələlərdə xəstəlik çox vaxt simptomsuz keçir. Ancaq uzun müddət keçməyən öskürək və ya tənəffüs problemi də yarana bilər.

 

Dırnaqların və barmaqların formasının dəyişməsi də ağciyər xərçənginin əlaməti ola bilər. Xüsusən də barmaqların ucları böyüyür, barmaqlar çubuqlara bənzəyir və onların üzərindəki dırnaqlar saat şüşəsini xatırladaraq daha qabarıq görünür. Bu dəyişikliyin patogenetik mexanizmi hələ də aydın deyil.

 

Barmaqların uclarında artımın adətən kiçik hüceyrəli olmayan ağciyər xərçəngi olan xəstələrdə baş verdiyi qeyd olunur.

 

Ağciyər xərçənginin əlamətlərindən biri ayağa qalxarkən başgicəllənmə ola bilər. Bu, kiçik hüceyrəli ağciyər xərçəngi olan xəstələrdə statistik olaraq daha çox rast gəlinən paraneoplastik sindromun inkişafı ilə bağlıdır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub