Terapevt: Bədəndən sarımsağın qoxusu qaraciyər xəstəlikləri zamanı gələ bilər
09.08.2023 12:37

Terapevt Aleksandra Belova bildirib ki, bəzi bədən qoxuları mövcud xəstəliklər haqqında xəbərdar edir.


Aztibb.az “MedikForum”a istinadən xəbər verir ki, terapevt şərhində bədən qoxusunun bəzən zərərsiz bir səbəbdən (əsasən yeyilən qida ilə əlaqədar) yarandığını, bəzən də sağlamlıq problemlərindən xəbər verə bildiyini deyib.


Xüsusilə, diabetik ketoasidozun inkişafı nəticəsində spesifik bir qoxu yarana bilər - insulin çatışmazlığından qaynaqlanan diabetes mellitusun kəskin, ciddi və həyati təhlükəsi olan bir ağırlaşma.


Bundan əlavə, həm kəskin, həm də xroniki ola bilən böyrək çatışmazlığı zamanı bədəndən çıxan xüsusi bir qoxu hiss edilə bilər. Böyrək çatışmazlığında böyrəklər qanı süzmək və zərərli elementləri və maddələri parçalamaq da daxil olmaqla mühüm funksiyaları yerinə yetirməyi dayandırır. Nəticədə qanda toksinlər yığılaraq orqanizmə ammonyak qoxusunu verə bilər.


Qaraciyər xəstəliyi pis bədən qoxusunun başqa bir mümkün səbəbidir. Xüsusilə bədəndən sarımsaq qoxusu qaraciyər xəstəlikləri zamanı gələ bilər. Ağır qaraciyər xəstəliyi olan insanlar nəfəslərində sarımsaq kifinin və boyat yumurtanın qoxularını hiss edə bilirlər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub