Bu qidalar və içkilər böyrəklərinizin yaxşı işləməsinə kömək edəcək
08.08.2023 11:22

Böyrək sağlamlığı bizim üçün xüsusi diqqət mərkəzində olmalıdır. Böyrəklər orqanizmdə detoksifikasiya kimi mühüm funksiyaları yerinə yetirir.


Aztibb.az “MedikForum”a istinadən xəbər verir ki, mütəxəssislər gündə ən azı 1,5-2 litr maye qəbulu ilə yanaşı, həddindən artıq kalium, natrium və fosfatdan da çəkinmək lazım olduğunu bildirirlər.


Böyrəklərin parçalanmış toksinləri xaric edə bilməsi üçün kifayət qədər miqdarda maye lazımdır. Buna görə gündə ən azı 1,5-2 litr içmək lazımdır.


Bundan əlavə,100 mililitr təzə sıxılmış limon suyu böyrəklər üçün faydalıdır. Tərkibindəki sitratların böyrək daşlarının əmələ gəlməsinin qarşısını aldığı deyilir.


Hər gün bir alma yeyin.Tərkibində olan pektin maddəsi xolesterini aşağı salaraq və qanda şəkərin səviyyəsini tənzimləyərək böyrək funksiyasını dəstəkləyir.


Duz və zülal az olan pəhrizə və təzə məhsullara üstünlük verin. Zülal qəbulunu hər kiloqram bədən çəkisi üçün 0,6-1 qrama qədər məhdudlaşdırın. Yüksək bioloji dəyəri olan bitki zülallarına daha çox diqqət yetirin.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub