Həddindən artıq istidə susuzluq - Sidikqovucu içkiləri azaldın!
08.08.2023 16:39

Diyetoloq Buket Ertaş Səfər yay aylarında tərləmə və su itkisi ilə maye ehtiyacının artdığını bildirib.


Aztibb.az medimagazin.com.tr-yə istinadən xəbər verir ki, diyetoloqun sözlərinə görə, bütün bədən hüceyrələrinin düzgün işləməsi üçün müəyyən nisbətdə suya sahib olması lazımdır.


"Zəiflik, yorğunluq, oynaqlarda ağrı, baş ağrısı, qəbizlik, hətta izah edilə bilməyən yemək istəyi susuzluğun mənbəyi ola bilər. Təbii ki, isti günlərdə susuzluğumuzu bol su və mineral su ilə yatırmalıyıq. Ancaq mövcud suyu qorumaq və hətta ona qatqı təmin etmək üçün düzgün qidaları seçmək çox vacibdir", - diyetoloq qeyd edib.


Bədənin maye itkisini sürətləndirəcək kofeinli içkilərin istehlakının azaldılması lazım olduğunu vurğulayan Buket Ertaş Sefer sidikqovucu olaraq təyin edilən içkilərin azaldılmalı olduğunu deyib. Əks halda bədəndən sidik çıxışını artırır.


Bu şəkildə maye istehlak edildiyi düşünülsə də, əslində maye itkisinə səbəb olur. Bununla belə, digər vacib məsələ fiziki fəaliyyətdir. Fiziki fəaliyyət zamanı tənəffüsün sürətlənməsi ilə su itkisi artacaq. Bu səbəbdən xüsusilə idman günlərində su və mineral su sərfinə çox yaxşı nəzarət etmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub