Temperaturun 1 dərəcə çoxalması infarkt riskini 4 dəfə artırır - Hər yarım saatdan bir su için!
08.08.2023 10:05

Dünyada əsas ölüm səbəblərindən biri olan infarktın nisbəti son vaxtlar xeyli artıb. Korona virusu və ondan sonrakı peyvəndlərin infarkt riskini artırdığına dair açıqlamalar vətəndaşların narahatlığına səbəb olub. Pandemiyadan sonra infarkt nəticəsində ölümlər daha çox diqqət çəkməyə başlayıb.


Aztibb.az ensonhaber.com-a istinadən xəbər verir ki, kardiologiya mütəxəssisi həkim Muhammet Necati Murat Aksoy son 50 ildə ən çox rast gəlinən ölüm səbəbinin infarkt olduğunu bildirib. Bu vəziyyətin pandemiya zamanı və sonrasında tətbiq edilən peyvəndlərlə əlaqəli olmadığını vurğulayıb. Həkim tətbiq edilən peyvəndlərin infarktı artırdığına dair ritorika ilə bağlı elmi dəlil olmadığını da qeyd edib.


Temperaturların infarkt riskini tətiklədiyini ifadə edən mütəxəssis qlobal istiləşmənin buna səbəb amillərdən biri olduğunu deyib: "Əslində, 2022-ci ildə nəşr olunan bir araşdırmada, hər 1 dərəcə istilik artımının ürək-damar xəstəliklərində 4 dəfə artım meydana gətirdiyi ortaya çıxdı. Yəni yüksək hərarətlə insult, ani ölüm və s kimi ürək-damar hadisələri riskində artım var. Əvvəlki ürək-damar xəstəlikləri, yəni bypass, ürək çatışmazlığı, hipertoniya xəstələri istiyə xüsusilə həssasdırlar".


İstilik dalğası olduğu müddətdə mümkün qədər evdə qalmaq məsləhətdir. Ən əsası su tələbatı ödənilməlidir. İsti havalarda su istehlak edərkən orqanizmin susamasını gözləmək olmaz. Susuzluq hissini gözləmək və su içməkdənsə, hər yarım saatdan bir, hər 20 dəqiqədən bir bir stəkan su içmək, bədəni daim nəmləndirmək və maye balansını saxlamaq lazımdır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub