Ana südünün bilinməyən faydaları ortaya çıxdı! Alimləri həyəcanlandıran tapıntı
07.08.2023 13:26

ABŞ-da uşaqlarda ən çox rast gəlinən motor pozğunluğu olan serebal ifliclə bağlı ümidverici xəbər var.


Aztibb.az ensonhaber.com-a istinadən xəbər verir ki, Dyuk Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, ana südündəki yağ molekulu beyində başlayan və fiziki fəaliyyətə mane olan serebal iflicin qarşısını almağa kömək edən hüceyrələri təkrarlayır. Əgər ana südündəki yağ molekulları dərmana çevrilərsə, ABŞ-da hər il təxminən 10.000 körpəyə təsir edən serebellar iflic riski azalacaq.


Duke Universitetinin alimi Erik Benner deyib: “Uşaqlar, xüsusən də tibbi cəhətdən həssas uşaqlar üçün müalicə üsullarının hazırlanması çox çətindir, çünki təhlükəsizliklə bağlı narahatlıqlar var. Bu molekulun vaxtından əvvəl doğulmuş körpələr üçün təhlükəsiz bir şey olan ana südündə olması son dərəcə ümidvericidir. Sözügedən yağ molekulu yeni doğulmuş siçanlar üzərində sınaqdan keçirilib və təhlükəsiz olduğundan əmin olduqdan sonra uşaqlar üzərində sınaqdan keçiriləcək".


Alim qeyd edib ki, molekulunu sınayacağımız körpələrin əksəriyyətinin mədə-bağırsaq problemləri var ki, onların ana südü içməsinə mane olur. Ana südündəki yağların uşağın beyin inkişafına faydası olduğu bilinir, ancaq ana südündə bir çox yağ növü var. Bu yağ molekulu beyinə daxil olur, kök hüceyrələrə yapışır və bədənin təmir sistemini aktivləşdirir. Bu kök hüceyrələr daha sonra mərkəzi sinir sistemində ağ maddə əmələ gətirən oliqodendrositlər istehsal edir. Beləliklə, ağ maddə uşaqların hərəkət etməsinə mane olan nevroloji zədə olan serebellar iflic riskini azaldır.


Tədqiqatçılar bu ixtiranın risk altında olan bütün erkən doğulmuş körpələrə təhlükəsiz şəkildə tətbiq oluna bilən inqilabi bir müalicə olduğunu bildiriblər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub