Xəstə sinus sindromu - Kardioloq əlamətləri və diaqnozundan bəhs etdi
06.08.2023 13:59

Başgicəllənməsi, anidən bayılma, ara sıra huşun alaqaranlıqlaşması əlamətləri ürəyin elektrik sisteminin daha bir xəstəliyi sayılan xəstə sinus sindromunda da olur.


Aztibb.az xəbər verir ki, kardioloq İlqar Tahiroğlunun sözlərinə görə, sinus düyünü ürəyimizin impuls çıxaran ən əhəmiyyətli üzvüdür. Bəzi xəstəliklərdə bu düyündə zəiflik yaranır. İmpuls ifraz etmə qabiliyyəti pozulur və ürəkdayanmaya qədər gətirib çıxara bilir.


"Bu xəstəliyə əsas diaqnoz anamnez, yəni xəstənin danışdığı bayılma şəkli, daha sonra isə elektrokardioqramma və 24 saatlıq holter müayinəsi vasitəsi ilə qoyulur. Tam diaqnoz təyin edildikdən sonra xəstəyə cihaz implantasiyası (DDDR pacemaker) təklif edilir. İmplantasiya dərinin altına yerləşdirilir, telləri ürəyin içərisinə yeridilir, təqribən 8-10 ilə yaxın ömrü olur və bu müddətdən sonra sadəcə batareyası dəyişdirlirlir. Xəstənin ömrü boyu nəbzinin normal və effektiv olmasına zəmin yaradır", - deyə həkim vurğulayıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub