London Kral Kolleci: Həftə sonları çox yatmaq sağlamlıq üçün təhlükəlidir
06.08.2023 12:47

London Kral Kollecinin alimləri yuxu və onun sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparıblar. Məlum olub ki, həftə sonları uzun müddət yatmaq orqanizmə mənfi təsir göstərə bilər.


Aztibb.az "Daily Mail"ə istinadən bildirir ki, alimlər doqquz yüzdən çox sağlam insanı tədqiq edərək müəyyən ediblər ki, həftə sonları əlavə saat yarım yatmaq orqanizmin bioloji ritmlərini pozur, bu da immunitet, həzm və digər sistemlərə təsir göstərir.


Məlum olub ki, yuxu rejiminin pozulması bağırsaq mikroflorasına təsir edərək zərərli bakteriyaların çoxalmasına səbəb olur. Həftə sonları uzun saatlar yatan insanlar daha çox piylənmə, ürək xəstəlikləri və diabet kimi problemlərlə qarşılaşıblar. Həm də daha çox şəkərli içkilər içiblər və daha az meyvə yeyiblər.


Tədqiqatçılar belə qənaətə gəliblər ki, nizamlı yuxu rejimi bağırsaq mikroflorasına müsbət təsir edir. Buna görə də, yuxu rejimini izləmək və bədənimizin optimal işləməsi üçün onu sabit saxlamağa çalışmaq vacibdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub