Yeməkdən neçə saat sonra üzmək olar? - Qastroenteroloq izah edib
05.08.2023 12:45

Qastroenteroloq Sergey Vyalov xəbərdarlıq edib ki, doyumlu yeməkdən dərhal sonra üzməklə məşğul olsanız, bu, ciddi sağlamlıq problemlərinə və hətta ölümə səbəb ola bilər.


Aztibb.az "İzvestiya"ya istinadla xəbər verir ki, həkimin sözlərinə görə, yeməkdən dərhal sonra mədə-bağırsaq traktının orqanlarının ətrafında qan axını artır. Üzgüçülük zamanı arxa əzələlər, qarın əzələləri və qabırğaarası əzələlər aktiv şəkildə istifadə olunur ki, bu da onlara qanın aktiv  axması deməkdir.

 

"Yeməkdən dərhal sonra üzməyə getsəniz, bu, əzələlərin oksigen və qida maddələri ilə zəif təmin olunacağına gətirib çıxaracaq. Bundan əlavə, diafraqmanın və qabırğaarası əzələlərin tam mədə ilə işləməsi mədə yanması və gəyirməyə səbəb ola bilər", - ekspert izah edib.


Hər halda, yeməkdən sonra bədənə yeməyi həzm etmək üçün vaxt vermək lazımdır, bu, yalnız üzgüçülük üçün deyil, həm də məşq üçün də aiddir. Yeməyin miqdarından və növündən asılı olaraq orta hesabla yarım saatdan iki saata qədər vaxt lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub