Ən sağlam 3 səhər yeməyi
04.08.2023 11:59

Səhər yeməyinin yalnız dadlı deyil, həm də sağlam olması üçün düzgün məhsul seçmək lazımdır.


Aztibb.az “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, terapevt və diyetoloq Yelena Tixomirova sözlərinə görə, ideal seçim yumurtadır, onların tərkibində asanlıqla həzm olunan zülallar, yağlar və faydalı mikroelementlər var: "Onlara təzə tərəvəz və bir dilim çörək əlavə etmək lazımdır. İki və ya üç qaynadılmış yumurta, salat, təzə tərəvəz, bir az çörək və yaxşı səhər yeməyi alırsınız, bu da sizə güc verəcək, həm də sizi lazımi vitamin və liflə təmin edəcəkdir".


Həmçinin, sağlam səhər yeməyi meyvə ilə kəsmikdir. Bu məhsulların birləşməsi tam süd zülalı, düzgün süd yağı, həmçinin sağlamlıq üçün lazım olan vitamin və minerallarla zəngindir. Dənli bitkiləri də unutmayın, onlar xüsusilə aktiv həyat tərzi keçirənlər üçün faydalıdır.


"İdeal birləşmələr südlü qarabaşaq yarması sıyığı və ya süd yaxud su ilə yulafdır. Sıyığa qoz-fındıq da əlavə edə bilərsiniz", - Yelena Tixomirova bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub