Kardioloq: Hipertoniyanın inkişafını 30 il gecikdirmək mümkündür
04.08.2023 12:32

Əsas risk faktorlarını bilmək və həkimin tövsiyələrinə əməl etmək hipertoniyanın inkişafını 10-30 il gecikdirməyə kömək edəcək.

 

Aztibb.az pravda.ru-ya istinadən xəbər verir ki, bu fikri terapevt, kardioloq Tatyana Romanenko bildirib. Onun sözlərinə görə, müxtəlif insanlarda bədən artan təzyiqə fərqli reaksiya verəcək və bəzilərində ümumiyyətlə heç bir əlamət olmaya bilər. Əslində bu, böyük problemdir.

 

Həkim vurğulayıb ki, insanlar hipertoniyadan xəbərsiz olduqda infarkt, insult, böyrək və ya göz zədələnməsi kimi təhlükəli fəsadlar yaranacaq. Eyni zamanda, lazımi tədbirlər vaxtında görülsə, hipertoniyanın inkişafını ləngidmək mümkündür.


Kardioloq qeyd edib ki, hipertoniya üçün əsas risk faktorları artıq çəki, idmanın etməmək, stress, siqaret, duza meyllilik və spirt istehlakıdır. Əgər siz müntəzəm olaraq bədən tərbiyəsi ilə məşğul olsanız, pəhrizə əməl etsəniz, pis vərdişlərdən qurtulasanız, o zaman hipertoniyanın inkişafı 10-30 il gecikə bilər.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub