Tibb tarixində bu gün: Nobel mükafatçısı Tadeuş Reyxşteynin anım günüdür
01.08.2023 15:00

1996-cı il avqustun 1-də İsveçrə kimyaçısı Tadeuş Reyxşteyn (1897-1996) vəfat edib. O, 1950-ci ildə "Adrenal korteksin hormonları, onların quruluşu və bioloji təsiri ilə əlaqəli kəşflərinə görə" Fiziologiya və Tibb üzrə Nobel Mükafatına layiq görülüb.


Böyrəküstü vəzlərin qabığına, onların strukturuna və bioloji effektinə aid olan kəşflərə görə 1950-ci ildə Nobel mükafatına layiq görülüb.


Tadeuş Reyxşteyn 1897-ci ilin iyulun 20-də Polşanın Vlotslavek şəhərində mühəndis ailəsində anadan olub. İsveçrədə federal politexnik məktəbini bitirib. Üzvi kimya üzrə tədqiqatlara görə fəlsəfə doktoru elmi dərəcəsi alıb. İngilis biokimyaçıları ilə eyni vaxtda C vitaminin sintez edib. Onun askarbin turşusunun sintezi üçün tıklif etdiyi üsul indiyə qədər də sənayedə istifadə olunur.

 

O, Barel Universitetinin professoru və Əczaçılıq İnstitutunun direktoru kimi böyrəküstü vəzlərin qabığından hormonların ayrılması ilə identifikasiya ilə məşğul olub. Alim həmkarları ilə birlikdə bir sıra maddələri kristallik formada, ayırıb ki, onların arasında aldosteron, kortikosteron və dezoksikortikasteron da var.

 

T.Reyxşteynin rəhbərliyi ilə Bareldə Üzvi kimya İnstitutu yaradılıb. O, gül yetişdirməyi sevib, özünü “Afrika bitkilərinin sadiq bağbanı” adlandırıb. Cenevrə, Syurix, Barel və Lids universitetlərinin fəxri dərəcələrinə layiq görülüb, Kopli medalı ilə təltif olunub. Böyük Britaniya Kral Cəmiyyətinin fəxri üzvü olub.

 

Tadeuş Reyxşteyn 1996-cı ilin avqustun 1-də vəfat edib.

 

Aztibb.az

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub