Hepatit B infeksiyasının ötürülməsi necə baş verir?
01.08.2023 15:29

HBV-nun ötürülməsi ən çox perinatal olaraq anadan uşağa, eləcə də yoluxmuş insanın qan və ya digər bədən mayeləri ilə təmas zamanı baş verir. HBV ötürülməsi ilk növbədə perkutan təmas və ya selikli qişanın yoluxmuş qan, tüpürcək, aybaşı və vaginal axıntı, sperma daxil olmaqla müxtəlif bədən mayeləri ilə təması nəticəsində baş verir.

 

Aztibb.az qeyd olunan xəstəliyin müalicəsi üzrə metodik vəsaitə əsaslanaraq məlumat verir ki, Hepatit B infeksiyası cinsi əlaqə yolu ilə baş verə bilər, xüsusən peyvənd olunmamış kişilərlə cinsi əlaqədə olan kişilərdə və çox cinsi partnyorları olan və ya seks işçiləri ilə cinsi əlaqədə olan heteroseksual şəxslərdə.


Virusun yoluxması tibbi, cərrahi və diş prosedurları zamanı təsadüfən az miqdarda qan və ya digər infeksiyalaşmış bədən mayelərinin sağlam insana düşməsi və ya yoluxmuş qanla çirklənmiş skalpel və digər tibbi avadanlıq vasitəsilə mümkündür.

 

Sterilizasiya olunmamış şprislər və iynələr istifadə edildikdə, venadaxili və ya perkutan dərman, o cümlədən psixotrop maddələr yeridilməsi, döymə (tatuaj), pirsinq və akupunktur vasitəsilə də ötürülmə baş verə bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub