Avstraliyalı alimlər: İntensiv idman müəyyən xərçəng növlərinin riskini azaldır
02.08.2023 14:00

Avstraliyanın Sidney Universitetinin alimləri müəyyən ediblər ki, gündəlik 4-5 dəqiqəlik aktiv fəaliyyət bəzi xərçəng növlərinin riskini 32% azalda bilər.

 

Aztibb.az "JAMA Oncology" jurnalında bununla bağlı dərc olunan yazıya diqət çəkib.


Məlumata görə, müşahidə xarakteri daşıyan araşdırmada 22 mindən çox insan iştirak edib. Onlar gündəlik fəaliyyəti izləmək üçün cihazlar taxıblar və xüsusi bədən tərbiyəsi ilə məşğul olmayıblar.


Təcrübədən sonra məlum olub ki, gündəlik tapşırıqlar zamanı dörd-beş dəqiqəlik güclü fiziki fəaliyyət xərçəngin ümumi riskini 18% azaldır.


Britaniyalı tədqiqatçılar bunu uzunömürlülük üçün sadə bir məşq adlandırıblar. Mütəxəssislər aydınlaşdırıblar ki, fəaliyyətin təsiri insulinə həssaslığın yaxşılaşması və xroniki iltihabın səviyyəsinin azalması ilə bağlıdır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub