"PLOS One": Qızların pilləkənlərdən yıxılma ehtimalı təxminən iki dəfə çoxdur
01.08.2023 09:12

Qızların eyni anda bir neçə işə diqqətini vermək məcburiyyətində olduqda pilləkənlərdən yıxılma ehtimalı oğlanlara nisbətən iki dəfə çoxdur.

 

Aztibb.az "PLOS One" jurnalında dərc olunan maraqlı məqaləyə diqqət çəkib. Qeyd olunan ehtimal barədə Purdue Universitetinin (ABŞ) alimlərinin araşdırmasında bildirilir.


Belə ki, elm adamlarının universitet tələbələrinin pilləkənlərlə enib qalxmasını müşahidə etdikləri araşdırma zamanı məlum olub ki, 20 yaşlı qadınlar kişilərə nisbətən 80% daha çox yıxılır.


Bu boşluğun səbəblərini təhlil edən məqalə müəllifləri belə qənaətə gəliblər ki, buna bir neçə amil təsir edir. Məsələn, qızlar məhəccərlərdən tez-tez istifadə etmirlər, əlləri ciblərində olur, narahat ayaqqabı geyinirlər, başları söhbətə qarışır, yaxud smartfonlardan istifadə edirlər.


Həmçinin məlum olub ki, kişilərin pilləkənləri atlayan vaxt ətrafa baxmaq meyli qadınlarla müqayisədə daha az olduğundan, yıxılma ehtimalı da az olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev