Hər gün yarım xörək qaşığı zeytun yağı orqanizmə necə təsir edir?
31.07.2023 15:53

Zeytun yağı bəzi dadlandırıcılara əla alternativdir. Alimlər deyirlər ki, bu məhsulu mümkün qədər tez-tez yeməyə başlasanız, nəticə sizi təəccübləndirəcək.

 

Aztibb.az cnnturk.com-a istinadən xəbər verir ki, pəhrizlərini izləyən insanların çoxu pəhrizlərinə zeytun yağını daxil etməyə çalışır. Onu salatlara, qəlyanaltılara əlavə etmək olar, bəziləri isə qızartma üçün istifadə etməyi üstün tutur.

 

Başqa bir seçim isə zeytun yağını müstəqil bir məhsul kimi yeməkdir. Hər halda, gündəlik menyunuzda zeytun yağı varsa, bu, yalnız orqanizmə fayda verəcəkdir.

 

Belə ki, bir qrup amerikalı alim zeytun yağının beyin sağlamlığı üçün son dərəcə faydalı olduğu qənaətinə gəlib. Bu məhsuldan yarım xörək qaşığından bir qədər çoxunu gündəlik pəhrizinizə əlavə etmək demansdan ölmə riskinizi 28% azalda bilər.

 

“Tədqiqatımız mütəxəssislərin bitki yağları, xüsusən də zeytun yağı yeməyi tövsiyə etdiyi pəhriz tövsiyələrini gücləndirib. Bu, beynin daha yaxşı işləməsinə və onu müxtəlif patologiyalardan qorumağa kömək edəcək”, - deyə Harvard İctimai Sağlamlıq Məktəbinin tədqiqatçısı Anne Julie Tessier bildirib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub