Dərinizi ultrabənövşəyi şüalardan qoruyun!
31.07.2023 13:47

Uzun müddət günəşə məruz qalma dərimizi "qaraldır" və onu daha kobud görünüşlü edir. Bəs bioloji səviyyədə nə baş verir?

 

Aztibb.az trthaber.com-a istinadən xəbər verir ki, əvvəllər fotoqocalma prosesi ilə bağlı tədqiqatlar əsasən dərinin üst təbəqəsi olan buynuz təbəqənin xarici təbəqəsinə yönəlmişdir.

 

Lakin bu dəfə Binghamton Universitetinin alimləri ultrabənövşəyi şüaların epidermisin, eləcə də dermisin qalan təbəqələrində dərinin mikrostrukturunu necə dəyişdiyini öyrənmək qərarına gəliblər.

 

Bunun üçün onlar ultrabənövşəyi radiasiyaya məruz qalmadan əvvəl və sonra dəri nümunələrinin müqayisəli təhlilini aparıblar ki, bu da ilk növbədə kollagenin təsirləndiyini göstərib. Dəri ultrabənövşəyi radiasiyanı getdikcə daha çox udduqca, dəridəki kollagen lifləri sıxlaşır, nəticədə toxuma sərtliyi artır.

 

Bu, zamanla hüceyrə disfunksiyasına səbəb ola biləcək arzuolunmaz molekulyar bağların yığılmasını göstərə bilər. Buna uyğun olaraq, fotoqocalma yalnız estetik problemlə məhdudlaşmır və dərini ultrabənövşəyi şüalardan qorumaq üçün daha çox səbəb var.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub